İnvestisiya
383

“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb

2019-cu ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 033,797 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 5,8% azdır. 

Ötən il bağlanmış əqdlərin sayı isə 6,2% artaraq 5 460 olub.

BFB-nin dövriyyəsinin 83,95%-i və yaxud 11 781,969 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 11,7% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 20% artaraq 1 129,248 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 83,5% artaraq 1 122,58 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər