Bankçılıq
297

Azərbaycanda dekabrda dövlət xətti ilə 193 ipoteka krediti verilib

Azərbaycanda dekabrda dövlət xətti ilə 193 ipoteka krediti verilib

Bu il yanvarın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 390,308 milyon manat təşkil edib.

“Renkinq” İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 14,553 milyon manat və yaxud 1,1% çoxdur.

Ümumi məbləğin 173,08 milyon manatı 2019-cu ildə formalaşıb.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 193 vahid artaraq 27 677-dən 27 870-ə çatıb. Bunun isə 2 641-i ötən ilin payına düşüb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ dekabrda 17,115 milyon manat artaraq 52,609 milyon manatdan 69,724 milyon manata çatıb. Bunun 52,195 milyon manatı 2019-cu ildə verilib.

Hazırda Fondun dövriyyədə 723,878 milyon manatlıq istiqrazı var.

Bölmədən olan bütün xəbərlər