Büdcə
343

“Azərsuvenir”in nizamnamə kapitalı kəskin artırılıb

“Azərsuvenir”in nizamnamə kapitalı kəskin artırılıb

Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

“Renkinq” xəbər verir ki, şirkətin kapitalı 50 manatdan 13 706 328 manata çatdırılıb.

Xatırladaq ki, “Azərsuvenir” Nazirlər Kabinetinin 24 iyul 2012-ci il  tarixli qərarı ilə “Zərgərsənaye” İstehsalat Birliyinin bazasında yaradılıb. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar “Azərsuvenir”in istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır.

Bölmədən olan bütün xəbərlər