Digər
197

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

2019-cu ildə olduğu kimi 2020-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə "Renkinq" quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 19-da, mayın 1-də, iyunun 19-da, iyulun 30-da, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri (gələn ilin aprel ayına qədər Elman Rüstəmovdur) keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub.

Bölmədən olan bütün xəbərlər