Qeyri-bankçılıq
258

“City Finance” BOKT nizamnamə kapitalını kəskin artırıb

“City Finance” BOKT nizamnamə kapitalını kəskin artırıb

“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,75 milyon manat və yaxud 3,75 dəfə artıraraq 1 milyon manatdan 3,75 milyon manata çatdırıb.

“Renkinq” xəbər verir ki, bu barədə BOKT-un direktoru Tural Əhmədov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün kənar investor cəlb olunmayıb və əlavə vəsaiti kredit təşkilatının yeganə təsisçisi “AGA Group” təmin edib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər