Büdcə
422

“Azərsu”ya məxsus şirkətin nizamnamə kapitalı artırılıb

“Azərsu”ya məxsus şirkətin nizamnamə kapitalı artırılıb

“Azərsu” ASC-yə məxsus “Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı 2 142 720 manat və yaxud 2,6% artırılıb.

“Renkinq” xəbər verir ki, şirkətin kapitalı 81 319 840 manatdan 83 462 560 manata çatdırılıb.

Xatırladaq ki, “Birləşmiş Sukanal” ölkə prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamına uyğun olaraq, 59 şəhər və rayona aid qəsəbə və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək, onların istismar və idarə etmək məqsədi ilə yaradılıb. Şirkət təxminən 1 000 yaşayış məntəqəsində 340 mindən çox əhali, 10 mindən çox qeyri-əhali abunəçisinə xidmət göstərir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər