Digər
220

“Silk Vey Holdinq”ə daxil olan iki şirkətin nizamnamə kapitalı artırılıb

“Silk Vey Holdinq”ə daxil olan iki şirkətin nizamnamə kapitalı artırılıb

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Way Business Aviation” MMC-nin nizamnamə kapitalı 18,66 milyon manat və yaxud 66,9% artırılıb.

“Renkinq” xəbər verir ki, şirkətin kapitalı 27 880 200 manatdan 46 540 200 manata çatdırılıb.

Bundan başqa, holdinqə məxsus “Silk Vey Vest Aviaşirkəti” MMC-nin də nizamnamə kapitalında 18,66 milyon manat və yaxud 15,5% artım olub. Bu şirkətin kapitalı 120 215 480 manatdan 138 875 480 manata çatdırılıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər