Digər
184

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Yaponiya Mərkəzi Bankının dekabr ayı üzrə iclası keçirilib.

“Renkinq” Rusiya mətbuatına istinadən xəbər verir ki, iclada uçot dərəcəsinin -0,1% səviyyəsində saxlanılmasına qərar verilib.

Xatırladaq ki, bu faiz Yaponiyada 2016-cı ilin yanvar ayından qüvvədədir və analitiklər hələ ki, onun dəyişdiriləcəyini gözləmirlər.

Tənzimləyici qurum həmçinin Yaponiyanın 10 il müddətində dövriyyəyə buraxılmış dövlət istiqrazları ilə bağlı gəlirlilik hədəfini 0% saxlayıb. Bununla belə, ölkədə iqtisadi aktivlikdən və qiymət səviyyəsindən asılı olaraq sözügedən qiymətli kağızların faizlərinə yenidən baxıla bilər. 

Bölmədən olan bütün xəbərlər