Qeyri-bankçılıq
329

"Union Kredit" BOKT-un rəhbəri dəyişib

"Union Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru dəyişib.

"Renkinq" xəbər verir ki, indiyə qədər BOKT-a rəhbərlik edən Pərviz Abbasquliyev vəzifəsini tərk edib və onu Nicat Həmidov əvəz edib.

Xatırladaq ki, "Union Kredit"i 2017-ci ilin sonuna yaxın rəqibi - "Finoko" ASC BOKT almış, bundan 1 il sonra isə onu başqa bir hüquqi şəxsə satmışdı.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər