Bankçılıq
832

"Bank VTB Azərbaycan"ın kollektivi ağacəkmə aksiyasına qoşulub

"Bank VTB Azərbaycan" ASC-nin kollektivi bir gündə 650 min ağacın əkilməsi aksiyasında iştirak edib.

Belə ki, Yasamal Rayon İcra Hakimiyyətinin ayırdığı ərazidə, Bankın əməkdaşları 100 ağac əkib.

Aksiya Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilib.  

"Bank VTB Azərbaycan" sosial layihələrə xüsusi diqqət yetirir və əvvəllər də ətraf mühitin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirib. Bu təşəbbüsə qoşularaq Bank nəinki ölkənin yaşıllaşdırılması, eləcə də təbiətin qorunmasına töhfə verir.

Bölmədən olan bütün xəbərlər