Bankçılıq
191

Azərbaycan və Qazaxıstanın ipoteka qurumları arasında təcrübə mübadiləsi həyata keçirilib

Azərbaycan və Qazaxıstanın ipoteka qurumları arasında təcrübə mübadiləsi həyata keçirilib

Dekabrın 4-5-də “Qazaxıstan İpoteka Şirkəti” SC-nin nümayəndə heyəti Bakıda səfərdə olub.

“Renkinq” bu barədə İpoteka və Kredit Zəmanət Fonduna (Fond) istinadən xəbər verir.

Məlumata görə, qonaqlara Fondun iş təcrübəsi, fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin şərtləri, ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlar və onlarla iş prinsipləri, yeni “Elektron ipoteka və kredit zəmanət sistemi”, o cümlədən vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi” ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib.

Xatırladaq ki, “Qazaxıstan İpoteka Şirkəti”ni 2000-ci ildə bu ölkənin Mərkəzi Bankı təsis edib. Şirkət ipoteka mexanizmi vasitəsilə mənzil təminatı sahəsində dövlət siyasətini həyata keçirən maliyyə təşkilatıdır.

Bölmədən olan bütün xəbərlər