Bankçılıq
628

Azərbaycanda 12 bankın depozit portfeli azalıb

Azərbaycanda 12 bankın depozit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Atabank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Rabitəbank", "Bank Avrasiya", "Muğan Bank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən az azalma "Azərbaycan Sənaye Bankı"nda (1,9%), ən çox azalma isə  İran bankında (39,7%) qeydə alınıb.

 Qalan 18 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (73,5%), ən aşağı dinamika isə "Amrah Bank"da (1,2%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər