Bankçılıq
204

Azərbaycanda 5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 461,198 milyon manat), "PAŞA Bank" (3 311,614 milyon manat), "Kapital Bank" (3 193,557 milyon manat), "Xalq Bank" (1 419,798 milyon manat) və "Bank Respublika"dır (1 031,133 milyon manat).

Qalan 25 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 5 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər