Büdcə
193

Azərbaycanın hakim partiyası mənfəətini 28% artırıb

Azərbaycanın hakim partiyası mənfəətini 28% artırıb

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ili 2 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Partiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 28,4% çoxdur.

Son nəticədə qurumun bölüşdürülməmiş mənfəəti 21,1% artaraq 11,467 milyon manata çatıb.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 22,606 milyon manat olub ki, bu da illik müqayisədə 10,7% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 2,2 dəfə artaraq 350 min manata, balans kapitalı isə 9,9% artaraq 22,256 milyon manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 750 min üzvü olduğunu bəyan edir.

Bölmədən olan bütün xəbərlər