Bankçılıq
211

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 829,995 milyon manat), "PAŞA Bank" (3 914,216 milyon manat), "Kapital Bank" (3 615,485 milyon manat), "Xalq Bank" (1 768,982 milyon manat) və "Bank Respublika"dır (1 282,885 milyon manat).

Qalan 25 bankdan 21-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər