Büdcə
331

Rövşən Ağayev: “Azərbaycan parlamentinin dövlət büdcəsinin icrasına nəzarəti formaldır”

Rövşən Ağayev: “Azərbaycan parlamentinin dövlət büdcəsinin icrasına nəzarəti formaldır”

“Son illər Milli Məclisin may-iyun aylarında keçirilmiş və dövlət büdcəsinin icrasına həsr olunmuş iclaslarının stenoqramları göstərir ki, parlamentin büdcənin icrasına nəzarəti formaldır”.

“Renkinq” xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

“Parlament dövlət büdcəsi layihəsinin müzakirə edən zaman büdcədən vəsait istəyən hər bir nazirdən (və yaxud başqa təsisatın rəhbərindən) bu vəsaiti niyə istədiyini, onun xərclənməsindən cəmiyyətin hansı faydanı götürəcəyini soruşa bilməli, 1 il sonra həmin büdcənin icrasına dair hesabatda da hər kəsi belə sorğulamaq, 1 il öncə onların sərəncamına verdirləri büdcədən cəmiyyətin nələr qazandığını sormaq imkanı əldə etməlidir. Parlament istisnasız olaraq - hətta hərbi xərclər də daxil - büdcə vəsaitlərinin hər qəpiyinin hesabını sora, onların hansı proqramlara və layihələrə yönəldiyinin hesabını tələb edə bilməlidir.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun “Parlamentin büdcə səlahiyyətləri indeksi” hazırlamaq təcrübəsi var. Həmin indeksin müəyyən edilməsi üçün istifadə olunan meyarlar sırasında parlamentin büdcə layihəsini dəyişdirmək səlahiyyətinin olması, büdcənin parlament müzakirələrinin müddəti, büdcəni tədqiq etmək üçün parlamentə təqdim olunan texniki dəstəyin miqyası kimi məsələlər var”, - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər