Sığorta
463

Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 8-nin yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-oktyabrda 22,329 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları ötən 10 ayda 43,673 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7,6% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 10 ay ərzində 972 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 93,9% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Standard Insurance" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin yığımları 2,3% azalaraq 11,208 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər