Sığorta
381

Azərbaycanda həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Azərbaycanda həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 223,491 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 22% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 347,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,35% artaraq 91,233 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,9% artaraq 134,24 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 38,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 31,1 manat və 35,3 manat olub. 

Bölmədən olan bütün xəbərlər