Sığorta
198

Azərbaycanda könüllü sığorta 14% azalıb, icbari sığorta isə 10% artıb

Azərbaycanda könüllü sığorta 14% azalıb, icbari sığorta isə 10% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 387,055 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 10,25% artaraq 183,465 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 159,657 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,6% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,1% artaraq 65,816 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 41,25 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-oktyabr aylarında 33,2 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 33,8 manatdan 35,9 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər