Büdcə
314

Vergilər Nazirliyi: Son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb

Vergilər Nazirliyi: Son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb

Bu il noyabrın 1-nə Azərbaycanda 1 051 624 vergi ödəyicisi uçotda olub ki, bunun da 13,2%-ni hüquqi şəxslər təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həççinin deyilir ki, son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb və bu artımın 99,3%-i kommersiya qurumlarının hesabına təmin edilib.

Təkcə bu ilin oktyabr ayında 1 832 kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da ötən ilin oktyabr ayına nisbətən 65,5% çoxdur. Kommersiya qurumlarının 71,3%-i elektron qaydada qeydiyyatdan keçib. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8%-i MMC, 1,5%-i isə ASC və yaxud QSC kimi fəaliyyət göstərir.

Hesabat tarixinə 67 380 kommersiya qurumunun və yaxud ümumi kommersiya qurumlarının 54,7%-i aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artım deməkdir. 2018-ci ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5% artaraq 32 820-yə çatıb, aktiv ƏDV ödəyicilərinin sayı isə 19 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5% artıb və onların xüsusi çəkisi 2,6 faiz bəndi çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9%-dən 87,7%-ə qədər yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Cari ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb. 

Bölmədən olan bütün xəbərlər