Büdcə
253

Bakı Sağlamlıq Mərkəzi ötən il 14 milyon manatdan çox mənfəət əldə edib

Bakı Sağlamlıq Mərkəzi ötən il 14 milyon manatdan çox mənfəət əldə edib

Səhiyyə Nazirliyinə məxsus Bakı Sağlamlıq Mərkəzi (BSM) 2018-ci ili 14,245 milyon manat mənfəətlə başa vurub. Halbuki tibb müəssisəsi 2017-ci ildən 4,834 milyon manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il BSM-in birja əməliyyatlarından gəlirləri 1,226 milyon manat (əvvəlki il olmayıb), qeyri-birja əməliyyatlarından gəlirləri 27,47 milyon manat (illik müqayisədə 8,65 dəfə çox), birja əməliyyatlatının maya dəyəri 8,879 milyon manat (əvvəlki il olmayıb), qeyri-birja əməliyyatlarının maya dəyəri 4,453 milyon manat (62,7% az), sair əməliyyat gəlirləri 27 min manat (99,3% az), əmlakın əvəzsiz verilməsindən itkiləri isə 1,145 milyon manat (əvvəlki il olmayıb) təşkil edib. Mərkəz mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 101,279 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,4% çoxdur. 2018-ci ildə Mərkəzin öhdəlikləri 24 dəfə artaraq 25,802 milyon manata çatıb, balans kapitalı isə 1,4% azalaraq 75,477 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər