İnvestisiya
167

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin istiqrazlarının təkrar bazarda ticarətinə başlanılır

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsinin ("PAŞA Yatırım Bankası") 2 müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.

"Renkinq" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, noyabrın 18-də qiymətli kağızların təkrar bazarda ticarətinə başlanılacaq. Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 min ədəd faizli, təmin olunmamış istiqrazdan (50 milyon dollarlıq) gedir. Onların illik gəlirliliyi 2,95%-dir.

İstiqrazların 25 milyon dollarlıq hissəsi faizlərin aylıq ödənilməsi şərti ilə 15 sentyabr 2021-ci ilə qədər, qalan 25 milyon dollarlıq hissəsi isə faizlərin rüblük ödənilməsi şərti ilə 17 aprel 2022-ci ilə qədər tədavüldə olacaq. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası”nın istiqrazları ilk dəfə 13 avqust 2018-ci ildə əsas bazar seqmentində listinqə daxil edilib. 

Bölmədən olan bütün xəbərlər