Büdcə
116

Azərbaycanın xarici ticarət dövriyyəsi 12% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 12% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 28,277 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur.

10 aylıq xarici ticarət dövriyyəsinin 16,822 milyard dolları ixracın, 11,455 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,3%, idxal isə 23,8% artıb.

Son nəticədə xarici ticarətdə 5,366 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,1% azdır.

Bölmədən olan bütün xəbərlər