Bankçılıq
133

Azərbaycanda 24 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda 24 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AGBank", "Bank VTB Azərbaycan", "Amrah Bank" və "Atabank"dır. Ən az azalma "Yapı Kredi Bank Azərbaycan"da (3,1%), ən çox azalma isə "Atabank"da (12,9%) qeydə alınıb.

Qalan 24 bankın isə qeyri-faiz xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Nikoyl Bank"da (53,1%), ən aşağı dinamika isə "AFB Bank"da (3,4%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər