Bankçılıq
118

Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 6 bankın qeyri-faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Kapital Bank" (150,471 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (113,176 milyon manat), "PAŞA Bank" (78,596 milyon manat), "Bank of Baku" (64,47 milyon manat), "Access Bank" (45,758 milyon manat) və "Unibank"dır (44,529 milyon manat).

Qalan 24 bankdan 15-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 8 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər