Büdcə
117

Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib

Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 1 639,1 min nəfər olub. 

"Renkinq" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

Muzdla işləyənlərin 20,2%-i təhsil, 17,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603,5 manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər