Qeyri-bankçılıq
651

"Asel Kredit" BOKT-un nizamnamə kapitalı 2,5 milyon manatı keçib

"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 225 min manat və yaxud 9,6% artıraraq 2,35 milyon manatdan 2,575 milyon manata çatdırıb. 

Bu barədə "Renkinq" Vergilər Nazirliyinə istinadən xəbər verir. 

Bu, son 6 ayda "Asel Kredit"in nizamnamə kapitalının 3-cü dəfə artırılmasıdır. Bundan əvvəl BOKT-un kapitalı 800 min manatdan 1,7 milyon manata və 1,7 milyon manatdan 2,35 milyon manata çatdırılmışdı. 

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər