Bankçılıq
114

Azərbaycanda 9 bankın əməliyyat xərcləri azalıb

Azərbaycanda 9 bankın əməliyyat xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bank Avrasiya", "Amrah Bank", "AGBank", "Premium Bank", "Access Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank" və "Bank VTB Azərbaycan"dır. Ən az azalma "Bank Avrasiya"da (0,5%), ən çox azalma isə "Bank VTB Azərbaycan"da (31,6%) qeydə alınıb.

Qalan 21 bankın isə əməliyyat xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (52%), ən aşağı dinamika isə "AFB Bank"da (0,7%) qeydə alınıb./

Bölmədən olan bütün xəbərlər