Bankçılıq
270

"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq

Dekabrın 23-də, saat 11:00-da "Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. 

Bu barədə "Renkinq"ə Bankdan bildirilib. 

Məlumata görə, yığıncaq "Bank VTB Azərbaycan"ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında ("Messenat Plaza") yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsi, aidiyyəti şəxslə əqd bağlanması məsələləri daxildir. 

Bölmədən olan bütün xəbərlər