Bankçılıq
99

“AtaBank” Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü

“AtaBank” Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü

"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi. Bank Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi, 23 ünvanında yerləşən “Təmiz Dünya” İB-nin nəzdindəki Qadın və Uşaq sığınacağınıziyarət etdi.

Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, “Təmiz Dünya”nı 1999-cu ildə Mehriban Zeynalova təsis edib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyəti göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.

Ziyarət ilə əlaqədar "AtaBank"ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və yavalideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu”.

Hər zaman sosial məsuliyyətə önəm verən “AtaBank”ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi qeyd edildi.

Tədbirzamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər çəkdirdilər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bölmədən olan bütün xəbərlər