Büdcə
65

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22% artıb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 645,627 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,5% artaraq 909,323 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,5% artaraq 2 482,068 milyon manat, aksizlər üzrə daxilolmalar 46,55% artaraq 217,323 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 15,1% artaraq 36,913 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər