Bankçılıq
81

Azərbaycanda 9 bankın faiz gəlirləri azalıb

Azərbaycanda 9 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "Muğan Bank", "Nikoyl Bank", "Atabank", "AFB Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma İran bankında (2,6%), ən çox azalma isə Pakistan bankında (46,8%) qeydə alınıb.

Qalan 21 bankın faiz gəlirləri artıb. Ən yüksək dinamika "Unibank"da (85%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,4%) olub.

Bölmədən olan bütün xəbərlər