Bankçılıq
106

Azərbaycanda 7 bankın faiz gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda 7 bankın faiz gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 50 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (334,194 milyon manat), "Kapital Bank" (293,929 milyon manat), "PAŞA Bank" (146,408 milyon manat), "Xalq Bank" (82,512 milyon manat), "Access Bank" (70,371 milyon manat), "Unibank" (64,058 milyon manat) və "Bank Respublika"dır (50,112 milyon manat).

Qalan 23 bankdan 16-da faiz gəlirləri 10-50 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər