Bankçılıq
105

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Nikoyl Bank", "AFB Bank", "Atabank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (4,4%), ən çox azalma isə Pakistan bankında (44,5%) qeydə alınıb.

Qalan 23 bankın əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (22,7 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (0,5%) olub.

Bölmədən olan bütün xəbərlər