Bankçılıq
100

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda 7 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (434,529 milyon manat), "Kapital Bank" (407,203 milyon manat), "PAŞA Bank" (198,264 milyon manat), "Xalq Bank" (96,476 milyon manat), "Access Bank" (95,952 milyon manat), "Bank Respublika" (87,055 milyon manat) və "Unibank"dır (79,307 milyon manat).

Qalan 23 bankdan 18-də əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər