Bankçılıq
79

“Bank VTB Azərbaycan” keçirdiyi aksiyanın qaliblərini müəyyən etdi

“Bank VTB Azərbaycan” keçirdiyi aksiyanın qaliblərini müəyyən etdi

“Bank VTB Azərbaycan” ASC nağdsız ödənişlər üzrə aksiyanın qaliblərini müəyyən etdi. Aksiya müddətində Bankın “Mastercard” ödəniş sisteminin kartı ilə daha çox nağdsız ödəniş həyata keçirən bankın 3 müştərisi aksiyanın qalibi oldu. 

Belə ki, birinci yeri tutan aksiya iştirakçısı Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazandı. İkinci yerin sahibinə paytaxtın məşhur restoranların birində şam yeməyi üçün sertifikat verildi. Üçüncü yerin sahibiisə bankın istənilən xidmətinə 125 manat məbləğində illik abunə qazandı. 

“Bank VTB Azərbaycan”ın “Mastercard” ödəniş sisteminin kart istifadəçiləri üçün nəzərdə tutulan nağdsız əməliyyatlar üzrə xüsusi aksiya 2019-cu ilin iyul ayından sentyabr ayına qədər keçirilirdi.  Aksiyanın şərtlərinə əsasən, Bankın kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirən müştərilər qiymətli hədiyyələr qazanmaq şansı əldə edirdi.

Bölmədən olan bütün xəbərlər