Bankçılıq
84

“Unibank”ın sədri: “AYİB-in Bankdakı payının azalmasında mənfi nə isə axtarmaq lazım deyil”

“Unibank”ın sədri: “AYİB-in Bankdakı payının azalmasında mənfi nə isə axtarmaq lazım deyil”

“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Unibank”dakı payını 44,5%-dən 9%-ə endirməsində mənfi nə isə axtarmaq lazım deyil”.

“Renkinq” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

“AYİB institusional investordur. Adətən bu cür investorlar mandatlarına uyğun olaraq hər hansı müəssisədə müvəqqəti pay alırlar. Yəni, onlar hansısa şirkətə investisiya qoyurlar, onu inkişaf etdirirlər, 5-7 ildən sonra isə paylarını ya digər strateji investorlara, ya da mövcud səhmdarlar satırlar, ya da açıq bazara çıxarırlar.

AYİB 2002-ci ildən “Unibank”ın səhmdarıdır, yəni 17 ildir ki, bizimlədir, bir çox mərhələlərdən birlikdə keçmişik. Xüsusilə 2015-ci ildə maliyyə sektorunda yaranmış gərgin vəziyyətdə AYİB “Unibank”dakı payını artırdı, Banka dəstək verdi ki, həmin dövrdən problemsiz keçək.

Hazırda “Unibank”ın vəziyyəti sabitləşib, Ölkə prezidentinin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı” fərmanından sonra Bankda likvidlik yaranıb, mənfəətlə işləyirik, kapitalımızı bərpa etmişik. AYİB də mandatına uyğun olaraq yavaş-yavaş “Unibank”dakı payını azaldır, amma hələ ki, səhmdarlarımız sırasında qalıb”, - deyə sədr qeyd edib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər