Bankçılıq
98

Azərbaycanda 16 bankın mənfəəti artıb

Azərbaycanda 16 bankın mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-nın bu ilin yanvar-sentyabr aylarındakı mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Rabitəbank", "Bank Respublika", "Bank of Baku", "Express Bank", "Azər-Türk Bank", "Turan Bank", "Bank Avrasiya", "Unibank", "Zıraat Bank Azərbaycan", "Bank BTB", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", "Yapı Kredi Bank Azərbaycan", "Xalq Bank", "PAŞA Bank" və "Azərbaycan Beynəlxalq Bankı"dır (ABB). Adı çəkilən banklar arasında ən yüksək dinamika "Rabitəbank"da (16 dəfə), ən aşağı dinamika isə ABB-də (1,2%) qeydə alınıb.

6 bankın - "Naxçıvan Bank", "AFB Bank", "Günay Bank", "Premium Bank", "Atabank" "NBC Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "NBC Bank"da (96,2%), ən az azalma isə "Naxçıvan Bank"da (0,6%) baş verib.

2 bankın - "Access Bank" və Pakistan Milli Bankının Bakı filialının zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 7,7 dəfə və 4,6 dəfə.

3 bankın - "Amrah Bank", "AGBank" və "Nikoyl Bank"ın isə zərəri illik müqayisədə az olub. Müvafiq olaraq 20,3%, 62,7% və 98%.

2 bank - İran Milli Bankının Bakı filalı və "Muğan Bank" bu ilin 9 ayını zərərlə, ötən ilin 9 ayını mənfəətlə, 1 bank - "Bank VTB Azərbaycan" isə bu ilin yanvar-sentyabr aylarını mənfəətlə, ötən ilin yanvar-sentyabr aylarını isə zərərlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər