Bankçılıq
129

Azərbaycanda 7 bank zərərlə işləyir

Azərbaycanda 7 bank zərərlə işləyir

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "AGBank", "Amrah Bank", "Muğan Bank", İran Milli Bankının Bakı filialı və "Access Bank"dır. Zərərliliyin ən yüksək həddi "Access Bank"da (90,501 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (297 min manat) qeydə alınıb.

Qalan 23 bank isə 2019-cu ilin 9 ayından mənfəətlə çıxıb. Ən çox mənfəət əldə edən bank "Azərbaycan Beynəlxalq Bankı" (322,987 milyon manat), ən az mənfəət əldə edən bank isə "Atabank" (22 min manat) olub.

Bölmədən olan bütün xəbərlər