Bankçılıq
86

“Bank VTB Azərbaycan” 9 aylıq maliyyə göstəriciləri ilə bağlı açıqlama yayıb

“Bank  VTB Azərbaycan” 9 aylıq maliyyə göstəriciləri ilə bağlı açıqlama yayıb

Bu ilin 3 rübünün nəticələrinə görə “Bank VTB Azərbaycan” ASC-nin  xalis mənfəəti 6,3 milyon manata çatıb.

Yanvar-sentyabr aylarında Bankın xalis  faiz gəliri 5% artaraq 2,6 milyon manat, qeyri-faiz gəliri isə 3,3 milyon manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün olan xüsusi ehtiyatı 3,3 milyon manata qədər azaltmağa nail olub.

İlin əvvəlindən “Bank VTB Azərbaycan” məcmu kapitalını 59,7 milyon manata (+12%) çatdırıb, məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 70,7% və 62% təşkil edib.

3-cü rübdə Bank həm pərakəndə, həm korporativ biznes üzrə göstəriciləri artırmağa davam edib. Fiziki şəxslərin kredit portfeli 83,2 milyon manat təşkil edib. 9 ay ərzində fiziki şəxslərə nağd kredit və kredit kartlarının verilməsi 2 dəfə artaraq müvafiq olaraq 1,6 milyon manat və 0,8 milyon manat təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında orta biznesin kredit portfeli 1,5 dəfə artaraq 44,9 milyon manata çatıb. Bu seqmentdə sənədli əməliyyatların həcmi 2 dəfədən çox artıb və 2,9 milyon manat təşkil edib. Hüquqi şəxslərin kreditləşməsi üzrə göstəricilərin artımına orta və kiçik biznes üçün yenilənmiş məhsul çeşidi təsir edib.

“Bank VTB Azərbaycan”Prezident İlham Əliyevin ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üzrə siyasətinə və “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”na əməl edir. Bunun üçün bank  bu istiqamətlərin inkişafı üzrə fəal iş görməkdədir. Belə ki, kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirlər görülüb, “Cash In” funksiyalı (resayklinq) bankomatları istismara verilib. Cari ilin 3 rübünün nəticələrinə görə, 2018-ci ilin analoji dövrü iləmüqayisədə kart hesabları 35%, bankın kartları vasitəsilə aparılan nağdsız ödənişlər isə 3 dəfə artıb. 

Bölmədən olan bütün xəbərlər