Bankçılıq
153

"AFB Bank"ın rəhbərliyində dəyişiklik olacaq

Noyabrın 30-da, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq Bankın daxil olduğu “Gilan Holdinq” MMC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206, 466-cı məhəllə (“Kapital Tower”) ünvanında olacaq.

Yığıncağın gündəliyinə “AFB Bank”ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə yenidən baxılması, eləcə də digər məsələlər daxildir.

Bölmədən olan bütün xəbərlər