Bankçılıq
150

“Amrah Bank”ın zərəri 20% azalıb

“Amrah Bank”ın zərəri 20% azalıb

“Amrah Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,196 milyon manat zərərlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3% azdır.

9 ay ərzində “Amrah Bank”ın gəlirləri 13,27 milyon manat (illik müqayisədə 13,3% çox), xərcləri 19,372 milyon manat (0,8% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,094 milyon manat (14,9% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Amrah Bank”ın aktivləri 195,319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7% azdır. Bunun 97,956 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,4% kiçilib.

Hesabat dövründə “Anrah Bank”ın öhdəlikləri 5,2% artaraq 183,825 milyon manata, o cümlədən depozit portfeli 1,2% artaraq 163,39 milyon manata çatıb, balans kapitalı isə 64,4% azalaraq 11,494 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər