Bankçılıq
568

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “SMART Tələbə kartı” layihəsinin təqdimat mərasimi keçirilib.

“Renkinq” xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyevin iştirakı ilə baş tutub.

O, bildirib ki, tələbələrin ixtiyarına verilən kart unikal məhsuldur: “Bu kartların paylanması gələcəkdə maliyyə savadlığının artırılması istiqamətində bir addım olacaq. Onlar “MasterCard”la birgə həyata keçirdiyimiz “Nağdsız Azərbaycan” layihəsinin tərkib hissəsidir. Gələcəkdə çalışacağıq ki, digər ali təhsil müəssisələrində və orta məktəblərdə də bu kartlar istifadə edilsin. “Smart tələbə kartı”ndan gələcəkdə ictimai nəqliyyatda istifadə etmək mümkün olacaq”. 

Tədbirdə çıxış edən "Kapital Bank" ASC-nin Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə deyib ki, bu kartların nəqliyyatda istifadəsi üçün "Bakı Kart"la danışıqlar aparılır. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər