İnvestisiya
57

"Bakı Fond Birjası"nda repo predmeti olan qiymətli kağızların siyahısı yenilənib

“Bakı Fond Birjası" QSC-də (BFB) "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin təsdiqlənməsi ilə repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.

"Renkinq" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, dəyişikliklərdən sonra Birjanın əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlardan repo predmeti kimi istifadə olunması mümkün olub. Artıq həmin qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı Birjanın “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilib.  

Bölmədən olan bütün xəbərlər