Sığorta
74

Azərbaycanda 11 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 11 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-sentyabr aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 11-nin yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-ayda 19,437 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,4 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Günay Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 9 ayda 5,063 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,3% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 9 ay ərzində 978 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 93,2% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 2,4% azalaraq 27,877 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər