İnvestisiya
76

"Bakı Fond Birjası"nda ticarət tarifləri üzrə dəyişikliklər təsdiqlənib

“Maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq "Bakı Fond Birjası" QSC (BFB) birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxıb. 

"Renkinq" bu  barədə BFB-yə istinadən xəbər verir. 

Məlumata görə, simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı 2 dəfə azaldılıb. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilib. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.

Dəyişikliklər sabahdan qüvvəyə minir. 

Yeni ticarət tarifləri BFB-nin internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilib. 

Bölmədən olan bütün xəbərlər