İnvestisiya
67

Azərbaycanda yeni qiymətli kağızların qeydiyyatı 8% artıb

Azərbaycanda yeni qiymətli kağızların qeydiyyatı 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası ümumi dəyəri 12 835 milyon manat olan 152 yeni qiymətli kağızı dövlət qeydiyyatına alıb.

“Renkinq” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 7,8% çoxdur.

9 ay ərzində 89 korporativ səhm qeydiyyatdan keçib. Bunun 11-i kredit təşkilatlarına, 6-sı sığorta şirkətlərinə, 72-si isə digər təşkilatlara məxsus olub.

Hesabat dövründə qeydiyyata alınmış korporativ istiqrazların sayı isə 19 olub. Bunun 4-ü kredit, 15-i isə digər təşkilatlara məxsus olub.

Bundan başqa, yanvar-sentyabrda Palata 44 dövlət qiymətli kağızını qeydiyyata alıb. Bunun 2-si Maliyyə Nazirliyinin istiqrazları, 42-si isə Azərbaycan Mərkəzi Bankının notları olub. 

Bölmədən olan bütün xəbərlər