Sığorta
75

Azərbaycanda sığorta ödənişlərinin 71%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 71%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 201,701 milyon manat sığorta ödənişinin 142,88 milyon manatı və yaxud 70,85%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (67,722 milyon manat), "PAŞA Sığorta" (38,301 milyon manat), "Atəşgah Sığorta" (14,701 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 11,262 milyon manat) və "Xalq Sığorta" (10,894 milyon manat) ASC-dir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (161 min manat),  "Bakı Sığorta" (188 min manat) və "Rəvan Sığorta" (310 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 660 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 58,161 milyon manat (28,85%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər