Sığorta
65

Azərbaycanda sığorta haqlarının 73%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 73%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 522,454 milyon manat sığorta haqqının 381,829 milyon manatı və yaxud 73,1%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (164,442 milyon manat), "PAŞA Sığorta" (118,961 milyon manat), "Azərsığorta" (41,921 milyon manat), "Atəşgah Həyat Sığorta" (28,628 milyon manat) və "Atəşgah Sığorta" (27,877 milyon manat) ASC-lərdir.

9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Amrah Sığorta" (373 min manat), "Naxçıvan Sığorta" (404 min manat), "Xalq Həyat Sığorta" (577 min manat), "Bakı Sığorta" (862 min manat) və "AXA MBask" Sığorta Şirkəti (978 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,194 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.

Qalan 12 sığorta şirkətinin ümumi yığımları isə 137,431 milyon manat (26,3%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər