Sığorta
84

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb

Azərbaycanda könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 351,722 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,2% artaraq 170,731 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 143,442 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,45% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,5% artaraq 58,259 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-sentyabr aylarında 33,1 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,3 manatdan 34,1 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər